Keti Perrinin keçmiş əri Rassell Brendə təcavüz və cinsi təcavüzə görə, 10 il həbs cəzası verilib
London məhkəməsi 51 yaşlı komediyaçı Rassell Brendi 5 noyabrda təcavüz və cinsi təcavüzdə günahkar bilindikdən sonra 10 ildən çox həbs cəzasına məhkum etdi.
Oxuməni.az xəbər verir ki, bu barədə Variety jurnalı məlumat yayıb. Rassell Brend, bir təcavüz və üç cinsi təcavüz ittihamında günahkar bilinib. Lakin o, digər iki ittihamdan - təcavüz və cinsi təcavüzə cəhd ittihamından bəraət alıb.
Həbs müddəti Brendin məhkum edildiyi dörd ittihamı, o cümlədən təcavüz ittihamı ilə doqquz ili əhatə edir. Cəzaya həmçinin cinsi təcavüz üçün doqquz ay (üçüncü ittiham), cinsi təcavüzə görə 18 ay (beşinci ittiham) və cinsi təcavüz üçün səkkiz ay (yeddinci ittiham) daxildir.
Komediyaçının həbs müddəti yüngülləşdirici hallar nəzərə alındıqdan sonra bir il azaldılıb. Bunlara əvvəllər ciddi məhkumluqlarının olmaması, sonuncu cinayətindən 17 il keçməsi və o vaxtdan bəri yaşadığı həyat tərzi daxildir: "yaxşılıq etmək, xüsusən də asılılıqdan əziyyət çəkən insanlara kömək etmək, əksər hallarda onların müalicəsini maliyyələşdirməklə".
Sky News xəbər verir ki, 51 yaşlı Brend hakim hökmü elan edərkən heç bir emosiya göstərməyib, lakin məhkəmə təhlükəsizlik xidməti onu apararkən həyat yoldaşına "Biz yaxşı olacağıq" deyib.
Əgər o, tam cəzasını çəkərsə, azadlığa çıxana qədər 60 yaşdan yuxarı olacaq.
Rassel Brendin atası məhkəmə binasının qarşısında jurnalistlərə danışarkən bildirib ki, "münsiflər heyəti korrupsiyalaşmış ola bilər".

Xatırladaq ki, prokurorların sözlərinə görə, iddia edilən cinayətlər 1999-cu ildən 2009-cu ilə qədər olan dövrü əhatə edir. Brendin kiçik məkanlarda stand-up komediya çıxışından televiziya aparıcısı və Hollivud ulduzu kimi karyerasına keçdiyi bir dövr.
Xüsusilə, o, 2004-cü ildə London barında bir qadına cinsi təcavüz etməkdə günahkar bilinib. Zərərçəkənin sözlərinə görə, o, bir məclisdə ona yaxınlaşıb sinəsindən tutub.
Bundan əlavə, o, 2009-cu ildə bir layihə üçün reklam materialları üzərində işləyərkən bir qadından ona masaj etməsini tələb etdiyi və sonra başını onun ayaqları arasına soxduğu hadisədə günahkar bilinib. Bütün bunlar Brandın iki həmkarının iştirakı ilə baş verib.
Həmçinin bildirilir ki, 2004 və ya 2005-ci illərdə o, radio stansiyasında işləyən bir qadına aqressiv şəkildə hücum edib və bu, onun ətrafındakıların gözü qarşısında baş verib.
Əziz Mustafa


















.jpg)

































































