Rusiya istehsalçısı Azərbaycanda araq qablaşdırmasına başlayacaq

Rusiya istehsalçısı Azərbaycanda araq qablaşdırmasına başlayacaq

19 Noyabr 12:00
Bəyəndim (2) Bəyənmədim (0)

Rusiyanın iri alkoqol istehsalçısı “Tatspirtprom” yerli distribyutor “Aurora Group”un dəstəyi ilə “Tundra” araqını şüşələrə qablaşdıracağı Azərbaycan bazarına daxil olacaq. Bu barədə “Kommersant” yazır.

Belə bir addım idxal olunan alkoqollu məhsullara ölkədə qüvvədə olan yüksək rüsumlarla bağlı ola bilər, ona görə də onu ölkə daxilində istehsal etmək daha sərfəlidir. Bundan başqa, bəzi ekspertlər Rusiya şirkətinin Azərbaycanda istehsal olunan arağı Avropa ölkələrinə ixracının asanlaşacağını istisna etmir.

Distribyutor “Pernod Ricard”, “Diageo”, “Jagermeister”, “Gruppo Campari”, “Bacardi” kimi bir çox beynəlxalq şirkətlərlə işləyən yerli “Aurora Group”u olacaq.

2025-ci ilin birinci rübünün sonuna kimi “Tatspirtprom” Azərbaycanda 60,5 min litr araq istehsal etməyi planlaşdırır. Müqavilə istehsalı ilə yanaşı, şirkətlər arasında Rusiya istehsalçısının digər markalarının Azərbaycana idxalına dair müqavilə imzalanıb, “Altay” və “Kupava” araqlarının və “Royal Raven” cininin (bu brendlər də “Tatspirtprom”a məxsusdur) distribütorluğu ilə bağlı əlavə danışıqlar aparılır.

Almaz Həsənli