ABŞ və Çin tarifləri 90 gün müddətinə azaltmağa razılaşıblar

ABŞ və Çin tarifləri 90 gün müddətinə azaltmağa razılaşıblar

Bəyəndim (3) Bəyənmədim (0)


ABŞ və Çin İsveçrədəki danışıqlardan sonra 90 gün ərzində ticarət müharibəsi çərçivəsində bir-birlərinə tətbiq etdikləri ixrac rüsumlarını azaltmaq barədə razılığa gəliblər.
Bu barədə “BBC Rus Xidməti” məlumat yayıb.
ABŞ Maliyyə Naziri Skot Bessent Vaşinqton və Pekinin tarifləri müvəqqəti olaraq 115% azaldacaqlarını bildirib.
Bundan əvvəl Amerika və Çin nümayəndə heyətləri İsveçrədə danışıqlar aparıb, Bessent bunu əvvəllər “məhsuldar və konstruktiv” adlandırıb.
İki tərəf arasında məsləhətləşmələr ABŞ Prezidenti Donald Trampın Çin idxalına yüksək tariflər tətbiq etməsindən və Çinin buna bənzər cavab verməsindən sonra ilk idi. Ağ Ev rəhbəri Çin mallarına 145%, Pekin isə 125% tarif təyin edib.
ABŞ və Çin arasındakı ticarət müharibəsi maliyyə bazarlarını çökdürüb və ekspertləri qlobal tənəzzül qorxusu yaradıb.
İndi ABŞ-ın Çindən mallara tətbiq etdiyi rüsumlar 30%-ə, Çinin isə ABŞ-dan idxalına tətbiq edilən rüsumlar 10%-ə endiriləcək. Bu müqavilələr 90 gün müddətində qüvvədə olacaq.
Almaz Həsənli