Əfsanəvi Yaponiya brendi Panasonic televizor bazarından çıxır
Dünyada tanınan elektronika istehsalçısı olan Yaponiya şirkəti Panasonic, öz loqosu altında televizor istehsalını dayandırıb. Oxuməni.az xəbər verir ki, bu barədə “Ars Technica” portalı məlumat yayıb.
Yaponiyada bu markanın televizorları 1952-ci ildən istehsal olunurdu. O dövrdə şirkət təsisçisi Konosuke Matsushitanın soyadından götürülmüş Matsushita adlanırdı. O, yalnız 2008-ci ildə Panasonic adını aldı, baxmayaraq ki, özü bu brenddən 1955-ci ildən istifadə edirdi.
Panasonic, hələ də televizor istehsal edən sonuncu Yaponiya şirkətlərindən biri idi. Şirkətin qərarı TV bazarının aşağı mənfəətliliyi və daha gəlirli istiqamətlərə fokuslanmaq istəyi ilə bağlıdır. İstifadəçilər üçün bu, brendin yeni istehsalçı altında davam etməsi deməkdir.
Bu cür radikal dəyişikliklərin səbəbi Skyworth ilə olan razılaşmadır. Bu, Panasonic-in Avropa və ABŞ-dakı biznesinin bir hissəsini satdığı Çin texnologiya nəhəngidir. Razılaşmanın şərtlərinə görə, indi məhz Skyworth Panasonic brendi altında Avropa, ABŞ və Asiyada televizorların istehsalı, təşviqi və satışı ilə məşğul olacaq.
Razılaşmanın maliyyə hissəsi material dərc olunanadək iştirakçılar tərəfindən açıqlanmayıb. “Nikkei” nəşrinin məlumatına görə, Panasonic Yaponiyanın daxili bazarına fokuslanacaq – razılaşma bu ölkəyə şamil edilmir, lakin hələlik Panasonic-in bu ərazidə satış üçün televizor istehsal edib-etməyəcəyi barədə dəqiq məlumat yoxdur.
Skyworth, 1918-ci ildə təsis edilmiş Panasonic-dən xeyli gəncdir. Çin şirkəti 70 il sonra, 1988-ci ildə yaranıb və öz iddialarına görə, dünyada Android əsaslı smart-TV istehsalçılarının ilk üçlüyünə daxildir.
Panasonic şirkəti həmçinin 2026-cı ilin mart ayına qədər satılmış bütün Panasonic televizorlarına və 2026-cı ilin aprelindən satışa çıxacaq bütün televizorlara dəstək verəcəyini bildirib.
Almaz Həsənli

































.jpg)
.jpg)
.jpg)



















































