"Avrupa Yakası"ı serialının yenidən çəkiləcəyi ilə bağlı xəbərlər yayılıb
"Avrupa Yakası"nın yenidən çəkiləcəyi ilə bağlı xəbərlər yayılıb. Serialın keçmiş aktyorlarından Sarp Apak bildirib ki, "Avrupa Yakası" filmini yenidən çəkmək planları yoxdur.
2004-2009-cu illər arasında yayımlanan və televiziya tarixində iz qoyan “Avrupa Yakası”nın yenidən çəkiləcəyi iddiası medianın gündəmini bomba kimi vurub. Serialda Tanrıverdi obrazını canlandıran Sarp Apak yayılan xəbərləri təkzib edib.
Ötən gün bir alış-veriş mərkəzində görüntülənən və kəsdirdiyi bığları ilə diqqət çəkən Sarp Apak işinin çox olduğunu ifadə edərək, "Həm işim çoxdur, həm də əllərim məşğuldur. Martda olacaq Stand-up üzərində işləyirik. Bu il teatra və kinoya keçirəm, amma diqqətimi həmişə televiziyaya yönəldəcəm. Buna ehtiyacımız var” deyə aktyor bildirib.
"Avrupa Yakası"nın yenidən çəkiləcək iddiası ilə bağlı danışan aktyor, "Belə bir şey yoxdur. Bəlkə də Gülse Birsel yeni iş görəcəyi üçün onunla anlaşıblar. Gülsə mənə nə vaxt zəng etsə, ordayam. Amma hər layihədə bir yerdə olmağımız nə dərəcədə vacibdir? Doğrudurmu? Zaman-zaman görüşüb yaxşı işlər görəcəyik inşallah" deyərək aktyor məlumat verib.
Oxuməni.az