DÇ- 2026: Azərbaycan bu gün İslandiya ilə qarşılaşacaq
Bu gün Azərbaycan milli futbol komandası 2026 Dünya Kubokunun seçmə mərhələsində D qrupunun 5-ci turunda növbəti oyun keçirəcək.
Oxuməni.az-ın məlumatına görə, baş məşqçi Ayxan Abbasovun rəhbərlik etdiyi komanda Bakıda İslandiya yığmasını qəbul edəcək.
Oyun 8-ci kilometr qəsəbəsindəki “Palms Sports Arena”da (əvvəllər Neftçi Arena, Bakcell Arena və "8-ci Kilometr") keçiriləcək və saat 21:00-da başlayacaq. Oyunu Monteneqrolu FİFA referisi Nikola Dabanoviç idarə edəcək.
Qrupdakı digər oyunda Fransa Ukraynanı qəbul edəcək. Oyun saat 23:45-də başlayacaq.
Dörd turdan sonra Fransa 10 xalla D qrupuna liderlik edir. Ukraynanın yeddi, İslandiyanın dörd, Azərbaycanın isə bir xalı var.
Əgər İslandiyanı məğlub edə bilməsə və ya Ukrayna Fransaya qarşı xal qazansa, Azərbaycan ilk ikiliyə düşmək şansını itirəcək. Azərbaycan birbaşa vəsiqə qazanmaq şansını itirib.
Almaz Həsənli






















































































