"Qarabağ"ın Çempionlar Liqasındakı rəqibi "Napoli" prezidenti Aurelio De Laurentiis zədələrə görə UEFA və FİFA-nı tənqid edib
"Napoli" prezidenti Aurelio De Laurentiis oyunçularının milli komanda oyunlarında aldıqları zədələrə görə UEFA və FİFA-nı tənqid edib. Partenopei artıq bu mövsüm Romelu Lukaku və Kevin De Bruyneni itirib və indi Rahmanii və Zambo-Anguissa zədəli oyunçular siyahısına qoşulur.
"Rrahmanini Albaniya milli komandasına göndərdim və o, tamamilə sarsılmış vəziyyətdə qayıtdı. Anguissa da eyni vəziyyətdə qayıtdı", - deyə De Laurentiis Motore Italia tədbirində jurnalistlərə bildirib.
"Biz belə davam edə bilmərik. Klub yarışları olanda onları beynəlxalq fasilələr olmadan başa vurmalıyıq. Daha az milli və daha az oyuna ehtiyacımız var.
Biz oyunçuların maaşlarını ödəyirik, ona görə də klublar onları beynəlxalq oyunlar üçün icarəyə verib-verməmək barədə qərar verməlidirlər. Əgər oyunçu milli komandada oynayarkən zədələnərsə, UEFA və FİFA transfer pəncərəsini açmalı və bizə kompensasiya ödəməlidir.
Görünür, UEFA və FİFA milli liqalarla heç maraqlanmırlar", -"Napoli" prezidenti bildirib.
Əziz MUSTAFA



































































.jpg)
.jpg)
.jpg)














