BMT Baş Assambleyası İtaliyada Oyunlar müddətində Olimpiya Barışığı haqqında qətnamə qəbul etdi
BMT Baş Assambleyası 2026-cı ildə İtaliyada keçiriləcək Qış Olimpiya və Paralimpiya Oyunları müddətində Olimpiya Barışığı haqqında qətnaməni təsdiqlədi.
Sənəd "İdman və Olimpiya İdeyası vasitəsilə Dinc və Daha Yaxşı Bir Dünya Qurulması" adlanır. Orada qeyd olunur ki, Baş Assambleya "üzv dövlətləri fərdi və kollektiv şəkildə Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi çərçivəsində Olimpiya Oyunlarının açılışından yeddi gün əvvəl başlayan və Paralimpiya Oyunlarının bağlanmasından yeddi gün sonra bitən müddətdə Olimpiya Barışığına riayət etməyə" çağırır.
Baş Assambleya "Olimpiya və Paralimpiya Qış Oyunlarında iştirak edən idmançıların, rəsmilərin və bütün digər akkreditə olunmuş şəxslərin təhlükəsiz keçidini, girişini və iştirakını təmin etməyə və digər müvafiq tədbirlər vasitəsilə Oyunların təhlükəsizliyinin təmin edilməsinə töhfə verməyə" və Beynəlxalq Olimpiya Komitəsi (BOK) və Beynəlxalq Paralimpiya Komitəsi (BPK) ilə "Oyunlar zamanı və sonrasında münaqişələrdən təsirlənən ərazilərdə sülhü, dialoqu, tolerantlığı və barışığı təşviq etmək üçün idmandan bir vasitə kimi istifadə etmək" səylərində əməkdaşlıq etməyə çağırır.
Olimpiya Oyunları 6-22 fevral tarixlərində Milan və Kortina d'Ampezzoda, Paralimpiya Oyunları isə 6-15 mart tarixlərində keçiriləcək.
Almaz Həsənli





























.jpg)
.jpg)
.jpg)























.jpg)
.jpg)
.jpg)































