SSRİ yığmasının və Moskva "Spartak"ının sabiq futbolçusu Nikita Simonyan vəfat edib
Olimpiya çempionu və "Spartak"ın sabiq hücumçusu Nikita Simonyan (doğum adı - Mkrtıç Simonian) 100-cü yaşında vəfat edib.
"Nikita Pavloviç noyabrın 20-də özünü pis hiss edib, xəstəxanaya yerləşdirilib. Bu gün o, dünyasını dəyişib", - Rusiya Futbol Veteranları İttifaqının prezidenti Aleksandr Mirzoyan "Match TV"yə verdiyi müsahibədə bildirib.
Oktyabrın 12-də Simonyanın 99 yaşı tamam olub. İki gün əvvəl prezident Vladimir Putin ona Rusiya futbolunun inkişafına və təbliğinə verdiyi böyük töhfələrə görə Əmək Qəhrəmanı fəxri adı verilib.
Simonyan SSRİ yığmasının heyətində 1956-cı ildə olimpiya çempionu olub. 1958-ci ildə Sovet İttifaqı yığması İsveçdə keçirilən dünya çempionatında debüt edib, Simonyan komandanın kapitanı olub. Məhz o, ingilislərin qapısına yol taparaq sovet yığmasının ilk qolunu vurub. Turnirdən sonra hücumçu yığmada karyerasını başa vurub, ümumilikdə 20 matçda iştirak edərək on qol vurub.
Bu il oktyabrın 30-da fransız velosipedçi Şarl Kosta vəfat etdikdən sonra Nikita Simonyan yaşayan ən yaşlı Olimpiya çempionu kimi tanınıb.
Almaz Həsənli





















































.jpg)











.jpg)
.jpg)





















