FİFA 2026-cı il Dünya Çempionatının final mərhələsinin püşkatma səbətlərinin tərkibini açıqladı
Beynəlxalq Futbol Federasiyası (FİFA) rəsmi internet saytında 2026-cı il Dünya Kubokunun final mərhələsinin püşkatması üçün səbətlərin tərkibini dərc edib.
Püşkatma dekabrın 5-də Vaşinqtonda keçiriləcək. Turnirin ev sahibləri – ABŞ, Meksika və Kanada komandaları birinci səbətə düşüb, bu günə qədər seçmələrdən keçən 39 komanda isə noyabrın 19-da dərc olunan reytinqə uyğun olaraq səbətlərə bölünüb. İki qitələrarası pley-off qalibi və Avropada dörd pley-off matçının qalibi 4-cü səbətə yerləşdiriləcək.
Qeyd olunur ki, "komandaların balanslı paylanması" üçün aşağıdakı məhdudiyyətlər tətbiq olunub: ən yüksək reytinqli komanda (İspaniya) və reytinqdə ikinci yeri tutan komanda (Argentina) təsadüfi olaraq əks yollara ayrılacaq və eyni prinsip reytinqdə üçüncü olan Fransa və dördüncü olan İngiltərə komandalarına da şamil ediləcək. Beləliklə, əgər bu komandaların hamısı öz qruplarında birinci yerləri tutsalar, İspaniya və Argentina, həmçinin İngiltərə və Fransa finaldan əvvəl görüşə bilməyəcəklər.
Səbətlərin tam tərkibi aşağıdakı kimidir:
Səbət 1: Kanada, Meksika, ABŞ, İspaniya, Argentina, Fransa, İngiltərə, Braziliya, Portuqaliya, Niderland, Belçika, Almaniya
Səbət 2: Xorvatiya, Mərakeş, Kolumbiya, Uruqvay, İsveçrə, Yaponiya, Seneqal, İran, Cənubi Koreya, Ekvador, Avstriya, Avstraliya
Səbət 3: Norveç, Panama, Misir, Əlcəzair, Şotlandiya, Paraqvay, Tunis, Kot-d'İvuar, Özbəkistan, Qətər, Səudiyyə Ərəbistanı, CAR
Səbət 4: İordaniya, Kabo-Verde, Qana, Kürasao, Haiti, Yeni Zelandiya, həmçinin qitələrarası pley-off və Avropadakı pley-off matçlarında qalib gələcək altı komanda.
Xatırladaq ki, Dünya Kubokunun final mərhələsi 2026-cı il iyunun 11-dən iyulun 19-dək ABŞ, Meksika və Kanadada keçiriləcək.
Almaz Həsənli























.jpg)
.jpg)
.jpg)























.jpg)
.jpg)
.jpg)

































.jpg)
