2026-cı il Qış Olimpiya Oyunlarının alovu Yunanıstanda ehtiyat məşəldən yandırılıb
Milan və Kortina d'Ampezzonun ev sahibliyi edəcəyi 2026-cı il Qış Oyunları üçün Olimpiya alovunun yandırılması mərasimi Qədim Olimpikdə keçirilib.
“Associated Press” xəbər verir ki, qeyri-müəyyən hava şəraitinə görə tədbir arxeologiya muzeyinə köçürülüb və noyabrın 24-də keçirilən ümumi məşqdə əldə edilmiş alovdan istifadə olunub.
"Bugünkü parçalanmış dünyada Oyunlar həqiqətən simvolik bir yer tutur. Bizim vəzifəmiz və məsuliyyətimiz bütün dünyadan olan idmançıların dinc şəkildə bir araya gələ bilmələrini və onlara baxanları, xəyal edənləri və ümid edənləri ruhlandıra bilmələrini təmin etməkdir", - deyə nitqi zamanı emosiyadan göz yaşlarını saxlaya bilməyən Beynəlxalq Olimpiya Komitəsinin (BOK) sədri Kirsti Koventri bildirib.
Olimpiya alovu estafetinin startını 2024-cü il Oyunlarının gümüş medalçısı, yunanıstanlı Petros Qaydatzis verib. İtaliyada bu estafetdə təxminən 10 min nəfər iştirak edəcək.
Olimpiya Oyunları fevralın 6-dan 22-dək keçiriləcək.
Almaz Həsənli




































.jpg)
.jpg)
.jpg)























.jpg)
.jpg)
.jpg)





















.jpg)