Ferstappen "Formula-1" Qətər Qran-Prisinin qalibi oldu
Dördqat dünya çempionu, "Red Bull" komandasından Maks Ferstappen "Formula-1" Qətər Qran-Prisinin qalibi olaraq, ardıcıl beşinci dünya çempionluğu titulunu qazanmaq şansını qorudu.
Oxuməni.az xəbər verir ki. Ferstappen üçün bu qələbə mövsümdə yeddinci oldu. Yarışda ikinci yeri "McLaren" komandasından avstraliyalı Oskar Piastri tutdu, üçüncü isə mövsümdə ilk dəfə podiuma yüksələn "Williams" pilotu ispaniyalı Karlos Sayns oldu. Çempionatın lideri britaniyalı Lando Norris dördüncü yeri tutdu.
Ferstappen hazırkı dünya çempionudur, onun aktivində ardıcıl dörd qələbə seriyası var (2021–2024).
Oktyabr ayında "Red Bull" komandasından Maks Ferstappen "Formula-1" dünya çempionatının on doqquzuncu mərhələsi olan ABŞ Qran-Prisinə keçirilən təsnifat yarışında qələbə qazanaraq, əsas yarışda ilk start mövqeyini təmin etdi.
"Formula-1" — Beynəlxalq Avtomobil Federasiyası tərəfindən müəyyən edilmiş texniki normalara, tələblərə və qaydalara uyğun olaraq, hər il keçirilən və mərhələlərdən (Qran-pri adlanır) ibarət olan dairəvi avtomobil yarışları üzrə dünya çempionatıdır.
Almaz Həsənli


































.jpg)
.jpg)
.jpg)







































.jpg)
.jpg)
.jpg)









