FIFA Futbol üzrə 2026-cı il Dünya Çempionatının açılış mərasimini eyni zamanda üç ölkədə keçirəcək
FIFA Futbol üzrə 2026-cı il Dünya Çempionatının açılış mərasimini ayrı-ayrılıqda üç ölkədə keçirmək niyyətindədir. Bu barədə FİFA-nın saytında məlumat verilib.
Əsas mərasim 11 iyun 2026-cı il tarixində, cümə axşamı günü Mexiko şəhərində (Meksika - Cənubi Afrika) açılış matçından əvvəl keçiriləcək. Bununla belə, 12 iyun cümə günü digər ev sahibi ölkələrin ilk oyunlarından əvvəl xüsusi tədbirlər də keçiriləcək: Torontoda (Kanada - Bosniya və Herseqovina, İtaliya, Şimali İrlandiya və ya Uels) və Los-Ancelesdə (ABŞ - Paraqvay).
Bundan əlavə, ilk dəfə olaraq, 19 iyul 2026-cı il tarixində, bazar günü Nyu-Cersi ştatındakı MetLife Stadionunda keçiriləcək Dünya Kuboku finalının fasiləsində xüsusi şou keçiriləcək. Ənənəvi bağlanış mərasimi də planlaşdırılır.
Əziz MUSTAFA
























.jpg)
.jpg)
.jpg)






























































