Çempionlar Liqası: “Qarabağ” Niderlandın “Ayaks” komandasını qəbul edir

Çempionlar Liqası: “Qarabağ” Niderlandın “Ayaks” komandasını qəbul edir

11:16
Bəyəndim (1) Bəyənmədim (0)

Bu gün Azərbaycan təmsilçisi “Qarabağ” Çempionlar Liqasının əsas mərhələsində altıncı oyununu, Niderlandın “Ayaks” komandasına qarşı ev oyununu keçirəcək.

Oxuməni.az xəbər verir ki, oyun “Tofiq Bəhramov”adına Respublika stadionunda keçiriləcək.

Sloveniyalı hakim Rade Obrenoviç start fitini saat 21:45-də çalacaq.

Əvvəllər “Qarabağ” Çempionlar Liqasının əsas mərhələsində Portuqaliya təmsilçisi “Benfika” (3-2), Danimarka təmsilçisi “Kopenhagen” (2-0), İspaniya təmsilçisi “Atletik” (1-3), İngiltərə təmsilçisi “Çelsi” (2-2) və İtaliya təmsilçisi “Napoli” (0-2) ilə oynayıb.

Hazırda Ağdam komandası yeddi xalla 21-ci yerdədir, “Ayaks” isə ümumilikdə heç bir xal qazana bilməyən yeganə komanda olaraq qalır və 36-cı - sonuncu pillədə yer alır.

Bu ilki Çempionlar Liqasının finalı Budapeştdəki “Puşkaş Arena”da keçiriləcək. Yarışın həlledici oyunu 30 may 2026-cı ildə keçiriləcək.

Almaz Həsənli