"Flamengo" Qitələrarası Kubok finalında PSJ ilə qarşılaşacaq

"Flamengo" Qitələrarası Kubok finalında PSJ ilə qarşılaşacaq

12:08
Bəyəndim (1) Bəyənmədim (0)

Braziliyalı "Flamengo" Qitələrarası Kubok yarımfinalında Misirin "Piramida" klubunu məğlub etdi.

Qətərin Rayyan şəhərində keçirilən matç Danilo və Leo Pereira'nın qolları ilə 2-0 hesabı ilə başa çatdı. Əvvəllər CSKA Moskva və "Dinamo" Moskva komandalarında oynamış "Flamengo"nun yarımmüdafiəçisi Xorxe Karraskal 86-cı dəqiqədə əvəzləndi.

Braziliya komandası finalda Çempionlar Liqasının qalibi PSJ ilə qarşılaşacaq. Oyun 17 dekabrda Rayyan şəhərində keçiriləcək.

Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının (FIFA) himayəsi altında keçirilən Qitələrarası Kubokda ən nüfuzlu qitə futbol turnirlərinin qalibləri iştirak edir.

Əziz Mustafa