Con Sina peşəkar güləş karyerasını başa vurub
Amerikalı peşəkar güləşçi (restler) Con Sina dekabrın 14-nə keçən gecə Vaşinqtonda Dünya Güləş Əyləncə Federasiyasının (World Wrestling Entertainment, WWE) arenasında son döyüşünü keçirib. Oxuməni.az-ın "Meduza"ya istinadən verdiyi məlumata görə, bunu WWE yayıb.
48 yaşlı Sina, avstriyalı Valter Xanla (Günter təxəllüsü ilə çıxış edir) döyüşdə məğlub olaraq karyerasını başa vurub. Döyüşdən sonra Sina tamaşaçılarla vidalaşıb, rinqdə ayaqqabılarını və biləkliklərini qoyub. O, tamaşaçıların alqışları altında arenanı tərk edib.
"Bu illər ərzində sizə xidmət etmək xoş idi. Təşəkkür edirəm", - deyə artıq keçmiş peşəkar güləşçi bildirib.
Con Sina WWE-də 2002-ci ildə debüt edib. Cəmi üç il sonra ilk dəfə çempion olub. Ümumilikdə Sina WWE çempionu titulunu rekord 17 dəfə qazanıb. Peşəkar güləşçi (restler) karyerasını 2024-cü ilin iyul ayında başa vuracağını demişdi.
Sina döyüşləri aktyorluq karyerası ilə paralel aparıb. O, "Dəniz piyadaları" (2006) filmində baş rolda oynayıb, "Forsaj 9" (2021) və "Forsaj 10" (2023) filmlərində, həmçinin "Sülhməramlı" serialında çəkilib.
Almaz Həsənli




































.jpg)
.jpg)
.jpg)





















































