İlya Topuriya evdə zorakılıq ittihamları səbəbindən UFC kəmərini müdafiə etməkdən imtina edib
Gürcü əsilli ispan döyüşçü İlya Topuriya, evdə zorakılıq ittihamları səbəbindən UFC-nin yüngül çəki (70,3 kq-a qədər) kəmərini müdafiə etməkdən imtina etdi. Bu barədə idmançı Instragram-da məlumat verib.
"Son bir neçə ayda, müəyyən maliyyə tələbləri yerinə yetirilməzsə, evdə zorakılıq barədə əsassız ittihamların yayılması təhdidləri də daxil olmaqla, güclü və qəbuledilməz təzyiqə məruz qalmışam. Bu gün yalnız ailəm və özüm üçün deyil, həm də heç kimin təhdid, manipulyasiya və ya qorxu ilə üzləşməməsi üçün bir bəyanat verirəm. Mən məhkəmə prosesinə tam güvənirəm və hüquq sisteminin sübutlara əsaslanaraq faktları müəyyən etməsinə icazə verəcəyəm," - deyə İlya Topuriya yazıb. Döyüşçü həmçinin KİV-dən "spekulyasiyalardan çəkinməyi" və "bu çətin vaxtda" ailəsinin məxfiliyinə hörmət etməyi xahiş edib.
İyun ayında UFC-nin yüngül çəki çempionluğu uğrunda döyüşdə Topuriya braziliyalı Çarlz Oliveiranı nokautla məğlub etmişdi. 28 yaşlı ispanın ümumilikdə 17 qələbəsi və heç bir məğlubiyyəti yoxdur. UFC-nin çəkisiz reytinqində o, ikinci yerdədir.
Almaz Həsənli



















.jpg)















































.jpg)
.jpg)
.jpg)



















