“Transfermarkt” dünya futbolunun ən bahalı hücumçularını açıqlayıb

“Transfermarkt” dünya futbolunun ən bahalı hücumçularını açıqlayıb

12:22
Bəyəndim (1) Bəyənmədim (0)

Tanınmış internet-portal “Transfermarkt” dünyanın ən bahalı hücumçularının reytinqini tərtib edib, Oxuməni.az xəbər verir.
Bu reytinqdə ilk yeri üç oyunçu bölüşür: Lamin Yamal (İspaniya millisi, "Barselona"), Kilian Mbappe (Fransa, "Real") və norveçli Erling Holand ("Mançester Siti"). Hər birinin bazar dəyəri 200 milyon avrodur.
Liderləri braziliyalı Vinisius ("Real") - 150 milyon, ingilislər Bukayo Saka ("Arsenal"), İsveç millisi və "Liverpul"un hücumçusu Aleksander İsak və fransız Maykl Olise ("Bavariya") - hər biri 130 milyon avro ilə izləyirlər.
Bir qədər əvvəl mütəxəssislər dünyanın ən bahalı yarımmüdafiəçisini də müəyyən etmişdilər. Bu ada "Real"ın ingilis oyunçusu Cud Bellingem layiq görülüb - 160 milyon avro. Onu ispan Pedri ("Barselona") - 140 milyon, Almaniya millisi və "Bavariya"nın yarımmüdafiəçisi Camal Musiala - 130 milyon, ingilislər Koul Palmer ("Çelsi") və Deklan Rays ("Arsenal"), uruqvaylı Federiko Valverde ("Real") - hər biri 120 milyon avro ilə izləyirlər.


Almaz Həsənli