Laporta " Barselona " klubunun prezidenti vəzifəsindən istefa verib

Laporta " Barselona " klubunun prezidenti vəzifəsindən istefa verib

11:29
Bəyəndim (2) Bəyənmədim (0)


Joan Laporta, İspaniya futbol klubu "Barselona"nın prezidenti vəzifəsindən istefa verib ki, yenidən bu vəzifəyə namizəd ola bilsin. Oxuməni.az xəbər verir ki, bu barədə "göy- qırmızı"ların mətbuat xidməti məlumat yayıb.
Həmçinin, vitse-prezidentlər Elena Fort, Rafael Eskudero, direktorlar şurasının üzvləri Ferran Oliver, Xosep Maria Albert, Xavyer Barbani, Migel Kamps, Aureli Mas, Xavier Puig və Joan Soler i Ferre də vəzifələrindən ayrılıblar.
Direktorlar şurası iyunun 30-da başa çatacaq cari səlahiyyət müddətinin sonuna qədər yeni tərkibdə fəaliyyətini davam etdirəcək. Bu vaxta qədər Rafael Yuste klub prezidentinin səlahiyyətlərini icra edəcək. Klubun yeni rəhbərliyinin seçkiləri martın 15-də keçiriləcək.
Keçən ilin dekabrında Laporta seçkilərdə iştirak etməyi planlaşdırmadığını bildirmişdi.
Laporta 2021-ci ildən "Barselona"nın prezidentidir, daha əvvəl isə 2003-2010-cu illərdə klubu idarə edib.
Almaz Həsənli