Tomas Tuhel İngiltərə millisi ilə müqaviləsini 2028-ci ilə qədər uzatdı

Tomas Tuhel İngiltərə millisi ilə müqaviləsini 2028-ci ilə qədər uzatdı

15:14
Bəyəndim (2) Bəyənmədim (0)

Almaniyalı mütəxəssis Tomas Tuhel İngiltərə milli komandası ilə müqaviləsini uzadıb. "Üç şir"in baş məşqçisi vəzifəsini icra edən Tuhel İngiltərə yığmasının sükanı arxasında 2028-ci ilə qədər qalacaq.

İngiltərə millisinin mətbuat xidmətinin X sosial şəbəkəsində yayımladığı məlumatda deyilir: "Biz öz yolumuza sadiqik. Tomas Tuhel yeni müqavilə imzaladıqdan sonra 2028-ci ilə qədər "üç şir" komandamıza rəhbərlik edəcək."

52 yaşlı Tomas Tuhel 2025-ci il yanvarın 1-dən İngiltərə millisinə rəhbərlik edir. Komanda 2026-cı il Dünya Çempionatının seçmə qrupunda heç bir qol buraxmadan birinci yeri tutub. Bundan əvvəl almaniyalı mütəxəssis "Çelsi", Dortmund "Borussiya"sı və PSJ kimi bir neçə top klubda çalışıb.

Almaz Həsənli