Gürcüstan qış Olimpiya oyunlarında ilk medalını qazanıb
İtaliyada təşkil olunan Qış Olimpiya Oyunlarında mübarizə aparan Anastasiya Metelkina və Luka Berulava cütlüyü fiqurlu konkisürmə yarışlarında gümüş medala sahib çıxıb. Bu uğurlu nəticə ilə onlar Gürcüstan yığmasına Qış Oyunları tarixindəki ilk medalı qazandırıblar.
Oxuməni.az "TASS"a istinadla xəbər verir ki, Metelkina və Berulava dueti həm qısa, həm də sərbəst proqramların yekununda 221.75 xal toplamağa müvəffəq olub.
Luka Berulava və Anastasiya Metelkina cütlüklər arasında ikinci yeri tutublar. Onlar 221,75 xal toplayıblar. Yaponiyadan olan Riku Miura və Ryuiçi Kihara cütlüyü 231,24 xalla qızıl medal qazanıb. Üçüncü yeri Almaniya cütlüyü Minerva Fabien Hase və Sankt-Peterburqdan olan Nikita Volodin isə 219.09 xal toplayaraq ilk üçlüyü tamamlayıblar. Onlar qısa proqramdan sonra yarışın favoritləri hesab olunurdular, lakin sərbəst proqramda bir neçə səhvə yol verdilər.
Gürcüstan yığmasını təmsil edən Anastasiya Metelkina və Luka Berulava müvafiq olaraq Vladimir və Moskvada anadan olublar. Onlar 2023-cü ilin iyun ayından bəri birgə çıxış edirlər. Bu idmançılar Avropa çempionatı çərçivəsində qızıl (2026), gümüş (2024) və bürünc (2025) mükafatlar əldə ediblər. Metelkinanın Gürcüstanı təmsil edəcəyi barədə 2020-ci ilin sonlarında məlumat verilmişdi.
Almaz Həsənli































.jpg)
.jpg)
.jpg)




















































