"Qalatasaray" Çempionlar Liqasında "Yuventus"u darmadağın etdi
2025/2026 mövsümünün Çempionlar Liqası pley-off mərhələsinin ilk oyunu başa çatıb. İstanbulda (Türkiyə) "RAMS Park" stadionunda keçirilən "Qalatasaray" – "Yuventus" matçı meydan sahiblərinin 5:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Oxuməni.az xəbər verir ki, "Qalatasaray"ın heyətində Noa Lanq dubl edib, Qabriel Sara, Davinson Sançes və Saşa Boe isə hərəyə bir qol vurublar. "Yuventus"un heyətində isə Tyen Kopmeyners iki dəfə fərqlənib. Matçın 67-ci dəqiqəsində "biankoneri"nin müdafiəçisi Xuan Kabal ikinci sarı vərəqəni alaraq meydanı tərk edib.
"Qalatasaray" və "Yuventus" arasında cavab oyunu fevralın 25-də Turindəki "Alyans" stadionunda keçiriləcək.
Çempionlar Liqasının ümumi mərhələsinin yekunlarına əsasən, Türkiyə təmsilçisi 10 xal toplayaraq 20-ci, İtaliya klubu isə 13 xalla 13-cü pillədə qərarlaşıb.
Çempionlar Liqası pley-off mərhələsinin digər oyunlarının nəticələri:
Monako (Monako) – PSJ (Fransa) 2:3
Benfika (Portuqaliya) – Real Madrid (İspaniya) 0:1
Borussiya D (Almaniya) – Atalanta (İtaliya) 2:0
Almaz Həsənli


























.jpg)
.jpg)
.jpg)




















.jpg)
.jpg)
.jpg)

































