Floyd Meyveyzer və Menni Pakyao sentyabrın 19-da əfsanəvi revanş döyüşünə çıxacaqlar
Tarixin ən çox gəlir gətirən boksçuları azarkeşlərə onların qarşılaşmasını ikinci dəfə izləmək şansı vermək qərarına gəliblər. Bu barədə Oxuməni.az "Championat.ru" saytına istinadən məlumat yayıb.
Beş çəki dərəcəsində keçmiş dünya çempionu Floyd Meyveyzer (50-0, 27 KO) və səkkiz çəki dərəcəsində titulların keçmiş sahibi Menni Pakyao (62-8-3, 39 KO) revanş döyüşündə qarşılaşacaqlar.
Qeyd olunur ki, 48 yaşlı amerikalı və 47 yaşlı filippinli sentyabrın 19-na planlaşdırılan rəsmi döyüşü təşkil edəcəklər.
Döyüş ABŞ-ın Nevada ştatının Las-Veqas şəhərində, “Sphere” arenasında keçiriləcək və Netflix-də yayımlanacaq.
Meyveyzer və Pakyao daha əvvəl 2015-ci ilin may ayında rinqdə qarşılaşıblar. Həmin döyüşdə amerikalı boksçu hakim qərarları ilə 118-110, 116-112, 116-112 hesabı ilə qalib gəlib.
Qeyd etmək lazımdır ki, revanşdan əvvəl hər iki boksçu hələ də nümayiş xarakterli döyüşlər keçirməyi planlaşdırır: Meyveyzer aprelin 25-də Afrikada başqa bir əfsanə Mayk Taysonla döyüşəcək, Pakyao isə aprelin 18-də Las-Veqasda rusiyalı Ruslan Provodnikovla qarşılaşacaq.
Almaz Həsənli




























































.jpg)
.jpg)
.jpg)























