"Qarabağ" UEFA-dan təxminən 65,8 milyon manat alıb

"Qarabağ" UEFA-dan təxminən 65,8 milyon manat alıb

10:35
Bəyəndim (2) Bəyənmədim (0)

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Azərbaycanın "Qarabağ" klubuna təxminən 65,8 milyon manat ayırıb.

Oxuməni.az-ın məlumatına görə, bu barədə Gənclər və İdman Naziri Fərid Qayıbov X sosial şəbəkəsindəki hesabında məlumat verib.

"UEFA-nın həmrəylik mexanizmi çərçivəsində Azərbaycan Premyer Liqasında çıxış edən digər klubların hər biri təxminən 1,6 milyon manat alacaq", - deyə o qeyd edib.

Fərid Qayıbovun sözlərinə görə, "Qarabağ" ölkəmizdə real potensiala malik olan idman iqtisadiyyatına əhəmiyyətli töhfə verib.

"Bizə yaşatdığı unudulmaz futbol bayramına görə "Qarabağ"a təşəkkür edir, yeni uğurlar arzulayırıq!" - deyə Fərid Qayıbov sosial şəbəkədəki səhifəsində yazıb.

Almaz Həsənli