Bəhreyn və Səudiyyə Ərəbistanı Qran Prilərinin gələcəyi Formula 1 komandaları tərəfindən müzakirə olunacaq

Bəhreyn və Səudiyyə Ərəbistanı Qran Prilərinin gələcəyi Formula 1 komandaları tərəfindən müzakirə olunacaq

11:02
Bəyəndim (1) Bəyənmədim (0)


Bu həftəsonu Avstraliyada Formula 1-in 11 komandasının nümayəndələri "Kral yarışları" rəhbərliyi ilə xüsusi görüş keçirəcəklər. Görüş çərçivəsində Yaxın Şərqdə yaranmış böhran səbəbindən Bəhreyn və Səudiyyə Ərəbistanındakı çempionat mərhələləri ilə bağlı hansı qərarın qəbul ediləcəyi müzakirə olunacaq.
Oxuməni.az xəbər verir ki, bu barədə “Gpblog” nəşri məlumat yayıb.
Görüşdə komandaların və Formula 1 nümayəndələrinin yaranmış vəziyyəti müzakirə edəcəyi və iki Qran Prinin keçirilməsi üçün mümkün alternativ yerləri nəzərdən keçirəcəyi gözlənilir. Lakin mərhələlərin ləğv edilməsi nəzərdə tutulmur, çünki təşkilatçıların yekun qərar qəbul etmək üçün hələ bir neçə həftəsi var.
Qeyd olunur ki, görüşdə komanda nümayəndələri və Formula 1 rəhbərliyi yarışların keçirilməsi üçün mümkün riskləri minimuma endirmək məqsədilə gələcək addımları müəyyən edəcəklər.
Almaz Həsənli