Çempionlar liqasında Budo-Qlimt sensassiyası davam edir: bu dəfə onlar "Sporinq"i darmadağın ediblər

Çempionlar liqasında Budo-Qlimt sensassiyası davam edir: bu dəfə onlar "Sporinq"i darmadağın ediblər

08:08
Bəyəndim (1) Bəyənmədim (0)

UEFA Çempionlar Liqasının 1/8 finalının ilk oyununda, 8 milyon avroluq maaş büdcəsi olan Budo-Qlimt evdə "Sporting"ə öz güclərini nümayiş etdiriblər.

UEFA Çempionlar Liqasının 1/8 finalının ilk oyununda Budo-Qlimt "Sporting"lə qz-üzə gəlib. Aspmira stadionunda keçirilən matç Budo-Qlimt-in 3-0 hesablı qələbəsi ilə başa çatıb.

Budo-Qlimt komandasının qələbəsini təmin edən qolları 32-ci dəqiqədə Sondre Vett penaltidən, 45+1-ci dəqiqədə Ole Blomberq və 71-ci dəqiqədə Kasper Høeg vurdular.
8 milyon avro əmək haqqı büdcəsinə malik Budo-Qlimt, Manchester City, Atletico Madrid və Inter-dən sonra Sporting-i də məğlub etməyi bacardı.
Cavab oyunu 17 mart çərşənbə axşamı günü, saat 20:45-də Sporting-in stadionunda keçiriləcək. Sporting növbəti mərhələyə vəsiqə qazanmaq üçün rəqibləri üzərində ən azı dörd qol fərqi ilə qələbə qazanmalıdır. Bu isə Portuqaliya komandası üçün heç də asan olmayacaq.

Əziz MUSTAFA