Sinner altıncı dəfə "Masters" seriyası turnirinin qalibi oldu
Dördqat "Böyük Dəbilqə" turnirlərinin qalibi, dünya reytinqində ikinci yeri tutan italyan tennisçi Yannik Sinner "Masters" kateqoriyalı yarışlarda peşəkar karyerasının altıncı titulunu qazanıb.
Oxuməni.az xəbər verir ki, Sinner ilk dəfə olaraq ABŞ-ın İndian-Uells şəhərində keçirilən ATP-1000 turnirində qalib gəlib. Yarışın final matçında o, US Open-2021-in qalibi, reytinqdə 11-ci pillədə qərarlaşan rusiyalı Daniil Medvedevə qalib gəlib. Matç italyalının 7:6 (8:6), 7:6 (7:4) hesablı qələbəsi ilə başa çatıb. Tennisçilər kortda 1 saat 58 dəqiqə mübarizə aparıblar.
Bundan əvvəl Sinner Mayami (2024), Monreal (2023), Sinsinnati (2024), Şanxay (2024) və Paris (2025) "Masters" turnirlərində bir dəfə qalib gəlib. Bu turnirlərin hamısı sərt kortlarda keçirilir.
Almaz Həsənli




























































































