Çempionlar Liqasının 1/4 finalının bütün cütləri müəyyənləşdi
Dünən UEFA Çempionlar Liqasının 1/4 finalının səkkiz iştirakçısı müəyyənləşdi.
Oxuməni.az xəbər verir ki, "Barselona" 1/8 finalın cavab oyununda "Nyukasl"ı darmadağın edərək (7:2) dörddəbir finala vəsiqə qazandı. "Liverpul" ilk oyunda məğlubiyyətdən (0:1) sonra "Qalatasaray"ı darmadağın etdi (4:0).
"Atletiko" iki oyunun nəticəsinə görə "Tottenhem"dən (5:2, 2:3) güclü oldu. "Bavariya" "Atalanta"nı darmadağın edərək (6:1, 4:1) ən güclü səkkizliyə daxil oldu. Bundan əvvəlki oyun gününün nəticələrinə əsasən, "Real", "Sportinq", "Arsenal" və PSJ ÇL-nin 1/4 finalına vəsiqə qazanmışdı.
Çempionlar Liqası 2025/2026 mövsümünün 1/4 final cütləri:
"Sportinq" - "Arsenal".
"Real" - "Bavariya".
PSJ - "Liverpul".
"Barselona" - "Atletiko".
1/4 finalın ilk oyunları aprelin 7-də, çərşənbə axşamı keçiriləcək.
Almaz Həsənli






















































.jpg)
.jpg)
.jpg)






























