Opta superkompüteri 1/8 finaldan sonra Çempionlar Liqasının əsas favoritini müəyyən etdi
Opta superkompüteri UEFA Çempionlar Liqasının 2025/2026 mövsümündə 1/8 final mərhələsinin cavab oyunları başa çatdıqdan sonra turnirin qalibi olmaq üçün əsas iddiaçını açıqlayıb.
Oxuməni.az xəbər verir ki, Opta-nın qiymətləndirməsinə görə, ən nüfuzlu Avropa klub turnirini qazanmaq üçün ən böyük şansa Londonun "Arsenal" klubu (29,73%) malikdir.
Çempionlar Liqasının qalibi olmaq üçün iddiaçıların tam siyahısı belədir:
- "Arsenal" – 29,73%.
- "Bavariya" – 18,33%.
- "Barselona" – 15,66%.
- PSJ – 11,87%.
- "Real Madrid" – 9,85%.
- "Liverpul" – 7,12%.
- "Atletiko" – 4,41%.
- "Sportinq" – 3,03%.
Çempionlar Liqasının hazırkı qalibi PSJ-dir. Keçən ilin finalında parislilər "İnter"i məğlub edib.
Almaz Həsənli
Digər xəbərlər

































































.jpg)
.jpg)
.jpg)





















