Konor Makqreqor döyüş idmanına qayıtması ilə bağlı şayiələrə cavab verib

Konor Makqreqor döyüş idmanına qayıtması ilə bağlı şayiələrə cavab verib

12:05
Bəyəndim (1) Bəyənmədim (0)


İrlandiyalı Konor Makqreqor sosial mediada qarışıq döyüş sənətlərinə (MMA) qayıtdığını təsdiqləyib.Bu barədə Oxuməni.az “Gazeta.ru”ya istinadla xəbər verir.
"Cənab Özünəinam MMA-nı xilas etmək üçün geri qayıdıb. Nənə və babanıza zəng edin və qoy onlar da görsünlər. Mak hamınızı sevir. Mənim işim dünyanın ən asan işidir", -Makqreqor yazıb.
37 yaşlı Makqreqor narkotik asılılığının müalicəsində istifadə edilən Afrika bitkisindən alınan maddə olan iboqainlə müalicə alıb. Makqreqor 36 saat dərmanın təsiri altında olub. Hazırda antidopinq pozuntularına görə 18 aylıq diskvalifikasiya cəzası çəkir və bu cəza 2026-cı ilin martında başa çatır.
37 yaşlı boksçunun son döyüşü UFC 264-də amerikalı Dastin Poryeyə qarşı olub. Döyüş birinci raundda başa çatıb və irlandiyalı boksçunun ayağı sınıb. 2025-ci ilin dekabrında Makqreqor 38 yaşlı sevgilisi Di Devlinlə evlənib.
Almaz Həsənli