İtaliya futbolunda səs-küylü istefalar davam edir
Üçüncü dəfə ardıcıl olaraq Dünya Kubokuna vəsiqə qazana bilməyən İtaliya futbolundakı vəziyyət sakitləşmir. Bu səhər İtaliya Futbol Federasiyasının (FIGC) prezidenti Qabriele Qravina İtaliya milli komandasının 2026-cı il FİFA Dünya Kubokuna vəsiqə qazanmaq şansını itirməsi səbəbindən istefa verdikdən sonra daha bir xəbər yayılıb.
Canluici Buffon milli komanda nümayəndə heyətinin rəhbəri vəzifəsindən istefa verdiyini açıqlayıb. Buffon sosial media hesabında yazıb: "Prezident Qravina bir addım geri çəkildikdən sonra mən də bu qərarı qəbul etdim. Bosniyaya qarşı final fitinin çalındığı andan etibarən istefam səmimi və qaçılmaz hiss olundu. Bu, göz yaşları qədər təbii idi və ürəyimdə hiss etdiyim ağrını əks etdirirdi."
Komandanı Dünya Kubokuna aparmaq üçün səy göstərdiklərini, lakin bunu edə bilmədiklərini qeyd edən Buffon dedi: "Məqsəd milli komandanı yenidən Dünya Kubokuna aparmaq idi, amma bunu edə bilmədik. Buna görə də, istefa verməyin düzgün qərar olduğuna inanıram."
Buffon sözlərini belə yekunlaşdırdı: "Bu müddətdə yaşadığım bütün təcrübələrə və hər şeyə görə minnətdaram. Bu çətin final mənə çox şey öyrətdi. Həmişə İtaliya milli komandasını dəstəkləməyə davam edəcəyəm", - deyə o bildirib.
Əziz MUSTAFA






















.jpg)



































.jpg)
.jpg)






























