Mbappe irqçilik səbəbindən Fransa millisinin heyətində oynamaq istəməyib
Kilian Mbappe əvvəllər irqçilik səbəbindən Fransa millisinin heyətində oynamaq istəmədiyini bildirib. Oxuməni.az xəbər verir ki, bu barədə “RMC Sport” məlumat yayıb.
"Milli komandanın Avro-2020-dən kənarlaşdırılmasından sonra məni meymun adlandırmağa başladılar. Bu, çox qəddar idi. Mən tətilə getdim və ilk bir neçə gün özümdə deyildim", - Mbappe deyib.
Martın 25-də KİV-də Madrid "Real"ının tibbi heyətinin Mbappedə xəstə diz əvəzinə sağlam dizini müayinə etdiyi barədə məlumat yayılıb.
Bu mövsüm Mbappe İspaniya çempionatında "Real"ın heyətində keçirdiyi 24 oyunda 23 qol vurub və dörd məhsuldar ötürmə edib. İlin əvvəlində fransız futbolçu zədə səbəbindən "kremalılar"ın bir neçə oyununu buraxıb.
İspaniya çempionatında "Real" ikinci yerdə gedir və Kataloniya "Barselona"sından dörd xal geri qalır. Martın 18-də "Real" Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda "Mançester Siti"ni məğlub edərək 1/4 finala vəsiqəni təmin edib.
Almaz Həsənli
















































.jpg)










































