UEFA Çempionlar Liqasının 1/4 finalının növbəti oyunları keçirilib
Dunən axşam UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin növbəti oyunları keçirilib.
Oxuməni.az-ın məlumatına görə, dunən iki qarşılaşma baş tutub.
Günün mərkəzi oyununda Parisdə "PSJ" Ingiltərənin "Liverpul"u ilə qarşılaşıb. Bu görüşdə “PSJ” “Liverpul”u 2-0 hesabı ilə məğlub edib. PSJ-nin hücumçusu Deziré Dué 11-ci dəqiqədə hesabı açıb, Xviça Kvaratsxeliya isə 65-ci dəqiqədə ikinci qolu vurub.
Digər görüşdə isə "Barselona" evdə "Atletiko Madrid"ə eyni hesabla uduzub. 44-cü dəqiqədə "Barselona"nın müdafiəçisi Pau Kubarsi qırmızı vərəqə alıb. Bir dəqiqə sonra Madrid hücumçusu Julian Alvarez hesabı açıb. 70-ci dəqiqədə isə "Atletiko"nun hücumçusu Aleksandr Sörlot qonaqların fərqini ikiqat artırıb.
Qeyd edək ki, bu cütlüklərin dörddəbir finalın cavab oyunları 14 apreldə keçiriləcək. Yarımfinal oyunları isə 28-29 aprel və 5-6 may tarixlərində keçiriləcək. Avropanın ən yaxşı futbol turnirinin finalı 30 mayda Budapeştdə keçiriləcək.
Almaz Həsənli



























































































