Maks Ferstappen 2026-cı ildə “Red Bull”-dan ayrılmamaq qərarına gəlib
28 yaşlı hollandiyalı pilot və dördqat Formula 1 çempionu Maks Ferstappen hazırda seriyada yarışlardan fasilə vermədən 2026-cı il mövsümünün sonuna qədər və bəlkə də növbəti mövsümə qədər “Red Bull”-da qalmağı planlaşdırır. Oxuməni.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat verib.
"Təbiətcə sadiq bir insan olan Ferstappenin hazırda komandadan ayrılmağı düşünmədiyini və ilin sonuna qədər və bəlkə də ondan sonra Red Bull-da qalacağını başa düşürük. Məlumatlı mənbələr mənə bildiriblər ki, o, bütün Formula 1 karyerasını keçirdiyi və böyük uğurlar qazandığı təşkilata sadiq qalmaq istəyir", - jurnalist Conatan Makevoy nəşr üçün yazdığı köşəsində yazıb.
Almaz Həsənli
Digər xəbərlər



























































































