İtalyalı tennisçi Sinner yenidən ATP reytinqində birinci yerə yüksəlib

İtalyalı tennisçi Sinner yenidən ATP reytinqində birinci yerə yüksəlib

11:25
Bəyəndim (2) Bəyənmədim (0)


İtalyalı tennisçi Yanik Sinner Peşəkar Tennisçilər Assosiasiyasının (ATP) yenilənmiş reytinqində birinci yerə yüksəlib.
Oxuməni.az xəbər verir ki, aprelin 12-də Sinner Monte-Karloda keçirilən torpaq üzərindəki "Masters" turnirinin finalında qalib gəlib. Həlledici matçda italyan ispaniyalı Karlos Alkarası 7:6 (7:5), 6:3 hesabı ilə məğlub edib. Bu qələbə sayəsində Sinner 2025-ci ilin noyabrından bəri ilk dəfə reytinqin zirvəsinə qayıdıb. Alkaras isə hazırda ikinci yerdədir.
ATP reytinqinin lideri 13 350 xalla Yanik Sinnerdir. İkinci yerdə 13 240 xalla Karlos Alkaras qərarlaşıb. Üçlüyü 5555 balla almaniyalı tennisçi Aleksandr Zverev tamamlayır.
24 yaşlı Sinnerin bu mövsümdə artıq 4 titulu var. Onun aktivində 27 fərdi titul, o cümlədən dörd Böyük Dəbilqə turnirində qələbə var: iki dəfə Avstraliya Açıq çempionatında, bir dəfə US Open və Uimbldon turnirlərində. 2024-cü ildə ATP-nin final turnirində qalib gəlib, 2023 və 2024-cü illərdə isə İtaliya millisinin heyətində Devis Kubokunu qazanıb.
Almaz Həsənli