Hacı Əliyevə ali hərbi rütbə verilib
Güləş üzrə dördqat Avropa və üçqat dünya çempionu Hacı Əliyevə "mayor" hərbi rütbəsi verilib.
Oxuməni.az-ın məlumatına görə, idmançı bu barədə "Instagram" hesabında yazıb.
O qeyd edib ki, onu bu rütbəyə Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev təqdim edib.
"Bu gün həyatımın unudulmaz günlərindən biri idi. Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev tərəfindən mayor rütbəsinə layiq görülmək mənim üçün böyük şərəf və məsuliyyətdir.
Bu etimada görə təşəkkür edirəm və Vətənə xidmət yolunda daha böyük qətiyyətlə çalışacağımı bəyan edirəm. Azərbaycan Respublikasına xidmət edirəm!" - deyə paylaşımda bildirilir.
Almaz Həsənli
Digər xəbərlər




















































































