Kristianu Ronaldu qızının K-pop üslubunda möhtəşəm ad gününü təşkil edib
Kristianu Ronaldu qızı Bellanın 4-cü ad gününü Koreya pop qrupu "Demon Hunters" üslubunda möhtəşəm tematik ziyafətlə qeyd edib. Oxuməni.az xəbər verir ki, bu barədə Ronaldu İnstaqram sosial şəbəkəsində ürəyəyatımlı paylaşım edib.
41 yaşlı idmançı qızının çəhrayı, bənövşəyi və gümüşü tonlarda parlaq dekorasiya fonunda poz verdiyi fotonu yayımlayıb. Bayram məşhur "Demon Hunters" K-pop animasiya musiqi layihəsinin üslubunda tərtib olunmuşdu, məkanı isə şarlar və tematik posterlər bəzəyirdi.
"Ad günün mübarək, mənim şahzadəm! Dörd il sevinc dolu. Ata səni çox sevir", - deyə Ronaldı İnstaqramda portuqal dilində yazıb.
O, həmçinin qızının 2022-ci ildə vəfat etmiş əkiz qardaşının xatirəsinə #AngelyBella həştəqini əlavə edib. Bu jest, paylaşımın ən emosional detallarından biri olub.
Almaz Həsənli
























































































