Slot “Liverpul”un baş məşqçisi olaraq qalacaq
Hollandiyalı mütəxəssis Arne Slotun gələn mövsüm "Liverpul" un baş məşqçisi olaraq qalacağı gözlənilir, çünki klub Çempionlar Liqasına vəsiqə qazanmağa yaxındır.
Oxuməni.az xəbər verir ki, bu barədə “Sky Sports” məlumat verir.
Mənbənin məlumatına görə, Slot yay mövsümündən əvvəl "qırmızılar" rəhbərliyinin dəstəyini qoruyub saxlayır və bu müddət ərzində heyətin təkmilləşdirilməsi üçün əlavə işlər görüləcək.
Premyer Liqada 33 turdan sonra mersisaydlılar 55 xalla beşinci yerdədirlər.
Slot 2024-cü ilin iyul ayından bəri komandaya rəhbərlik edir.
Almaz Həsənli
Digər xəbərlər
























































































