"Çelsi" Rosenyoru baş məşqçi vəzifəsindən azad etdi
Londonun "Çelsi" klubu baş məşqçi Liam Rosenyoru komandanın zəif nəticələrinə görə istefaya göndərib. Oxuməni.az xəbər verir ki, bu barədə Klubun veb saytı məlumat yayıb.
"Çelsi" hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlində 48 xalla yeddinci yerdədir.
"Bu qərar klub tərəfindən yüngül qəbul edilməyib, lakin son nəticələr və performanslar tələb olunan standartlara cavab verməyib", - klub bildirib.
Rosenyor yanvar ayında "Çelsi"yə rəhbərlik etməyə başlayıb və 2032-ci ilə qədər müqavilə imzalayıb. 41 yaşlı ingilis italiyalı Enzo Mareskanı əvəz edib.
Almaz Həsənli
Digər xəbərlər
















.jpg)




















.jpg)


















































