ABŞ-da NASCAR yarışında kütləvi qəza baş verib
Alabamada keçirilən NASCAR yarışında avtomobillərin kütləvi toqquşması olub. Oxuməni.az xəbər verir ki, bu barədə "Fox Sports" məlumat yayıb.
Qeyd olunur ki, yarış Linkolndakı Talladega supersürət trasında keçirilib. 115-ci kilometrdə Ross Çesteyn Bubba Uollesın avtomobilinə toxunub, bundan sonra kütləvi qəza baş verib. Nəticədə ən azı 27 avtomobil toqquşub.
Nəşrin məlumatına görə, pilotlardan heç biri ciddi xəsarət almayıb, hamısı avtomobillərdən özbaşına çıxıb.
Keçən ilin sentyabrında ABŞ-da NASCAR seriyasının avtomobil yarışları zamanı pilot Zeyn Smitin avtomobili 320 km/saat sürətlə yan tərəfə aşıb və təkərləri trasın divarına söykənərək hərəkət edib.
Bundan sonra pilot avtomobildən özbaşına çıxmağı bacarıb. Yarış komandasının əməkdaşları ona tərəf qaçıblar. Hadisə səbəbindən yarış dayandırılıb: pilotlara qırmızı bayraq göstərilib. Daha sonra yarış bərpa olunub.
Almaz Həsənli

































.jpg)














































.jpg)
.jpg)










