"Bavariya" ilə oyunda PSJ-nin oyunçusu Əşrəf Hakimi ciddi zədə alıb
PSJ müdafiəçisi Əşrəf Hakimi "Bavariya" ilə Çempionlar Liqası matçında zədə alıb.
L’Équipe-in məlumatına görə, 87-ci dəqiqədə 27 yaşlı futbolçunun Konrad Laimerə top uğrunda mübarizə apararkən budundan zədə aldığı bildirilir. Amma bunda Konrad Laimerin hər hansı günahı olmayıb.
Mərakeşli oyunçu ayağındakı narahatlığa baxmayaraq matçı başa vurdu, çünki Luis Enrike həmin vaxta qədər hər üç əvəzetmədən istifadə etmişdi.
Onun sağ ayağının bud əzələsindən zədə aldığı və PSJ-nin növbəti matçında oynaya bilməyəcəyi bildirilir.
Əziz MUSTAFA
Digər xəbərlər


























































.jpg)






























