Mbappe Santiago Bernabeu stadionundakı sonuncu oyunu boykot etməyə hazırlaşır
Mbappe "Real Madrid" mövsümünü erkən başa vurmaq istəyir.
Mbappe "Real Madrid"in Bernabeu stadionundakı son oyununu boykot etməyə hazırlaşır ki, bu da oyunçu, məşqçi və klub rəhbərliyi arasındakı münasibətlərdə dərin bir böhranın olduğunu göstərə bilər.
The Athletic nəşri xəbər verir ki, "Real Madrid" ulduzu Mbappe mövsümün son oyununda oynamaq istəmədiyini bildirib.
Hücumçunun Santiago Bernabeu stadionunda azarkeşlərdən aldığı fitələri bəyənmədiyi üçün qarşıdakı oyunlarda iştirak etməkdən çəkinməyi planlaşdırdığı bildirilir.
Kilianın "Real Madrid"in "Barselona" ilə oyun ərəfəsində məşqinin bitməsindən beş dəqiqə əvvəl başlayan budunun arxasındakı narahatlıqdan da sağalıb.
Lakin mediada Mbappenin məşqdən ayrılmasının əsl səbəbinin Alvaro Arbeloanınonu El Klassiko matçına ehtiyat oyunçular skamyasında oturtması olduğu ehtimal edilir.
Əvvəllər də Mbappenin davranışının "Real Madrid"də narazılığa səbəb olduğu bildirilirdi.
Əziz MUSTAFA




























































.jpg)
.jpg)
.jpg)






























