"Sabah" Azərbaycan Kubokunu qazandı və "qızıl dubl" etdi
Dünən Bizon Azərbaycan Kubokunun finalı keçirildi.
Oxuməni.az-ın xəbərinə görə, kubok uğrunda həlledici görüşdə Bakının "Sabah" və "Zirə" klubları üz-üzə gəlib. "Sabah" "Zirə"ni 2:1 hesabı ilə məğlub edərək, ardıcıl ikinci ildir ki, kubokun sahibi olub!
Finalda qələbə qazanan "Sabah", daha əvvəl çempionluğunu təmin etdiyi üçün "qızıl dubl" etmiş oldu.
Hesab 4-cü dəqiqədə açıldı – Eren Aydının qolu ilə. Lakin ikinci hissədə "Sabah" oyunun gedişini dəyişməyi bacardı: 70-ci dəqiqədə M'bina hesabı bərabərləşdirdi, daha sonra isə Mikels komandasına kuboku qazandıran qələbə qolunu vurdu.
Beləliklə, indi "Qarabağ" böyük ehtimalla Avropa Liqasında, "Turan-Tovuz" və "Neftçi" isə Konfrans Liqasında oynayacaq. Avrokuboklarda iştirak edəcək komandalarımızın yekun heyəti ölkə çempionatının qalan iki turunun nəticələrinə əsasən müəyyənləşəcək.
Almaz Həsənli
















































.jpg)

.jpg)






































