Həbib Nurməhəmmədov Dana Uayta cavab verib: "Bu, tamamilə yalandır"
UFC-nin yüngül çəki üzrə keçmiş çempionu Həbib Nurməhəmmədov bildirib ki, karyerasının bitməsi maliyyə ilə bağlı olmayıb.
Oxuməni.az xəbər verir ki, daha əvvəl UFC prezidenti Dana Uayt demişdi ki, "Həbib karyerası boyu o qədər pul qazanıb ki, artıq döyüşməyə ehtiyacı yox idi".
— Mən internetdəki hər bir zibilə şərh verməyi sevmirəm, amma Dana belə şeylər deyəndə, bu hər yerə yayılır. Belə deyərdim: bu tamamilə yalandır, mənə heç kim heç vaxt bu milyonları verməyib və idmanla çox pul qazandığım üçün vidalaşdığım barədə yazılanlar da doğru deyil. Əsl həqiqəti bütün dünya bilir – bunu dəfələrlə demişəm və təkrarlamağa ehtiyac yoxdur, — deyə Nurməhəmmədov Instagram sosial şəbəkəsində yazıb.
Nurməhəmmədov qarışıq döyüş növlərində 29 qələbə qazanıb və 2020-ci ildə məğlubiyyətsiz karyerasını başa vurub, UFC-nin yüngül divizionunda üç dəfə çempion kəmərini müdafiə edib.
Almaz Həsənli









































































.png)
















