Azərbaycan milli minifutbol komandası İtaliyanı məğlub edərək Avropa Çempionatının pley-off mərhələsinə vəsiqə qazandı

Azərbaycan milli minifutbol komandası İtaliyanı məğlub edərək Avropa Çempionatının pley-off mərhələsinə vəsiqə qazandı

14:21
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan milli minifutbol komandası hazırda Slovakiyada davam edən Avropa Çempionatının pley-off mərhələsinə vəsiqə qazandı.

Oxuməni.az xəbər verir ki, Elşad Quliyevin məşqçisi olduğu komanda F qrupunun ikinci turunda İtaliyanı inamlı şəkildə məğlub etdi.

“Tipos Arena”da keçirilən oyun Azərbaycanın 3-0 hesablı qələbəsi ilə başa çatdı. Qolları Rəvan Kərimov, Vüsal İsayev və Ruzigar İbrahimzadə vurdular.

Bu qələbə ilə Azərbaycan pley-offa erkən vəsiqə qazandı.

Dünən Azərbaycan Avstriyanı 1-0 hesabı ilə məğlub etdi, bu gün isə qrupumuzda Fransa avstriyalıları 3-1 hesabı ilə məğlub etdi.

İki turdan sonra Azərbaycanın 6, Fransanın 4, İtaliyanın 1 və Avstriyanın 0 xalı var.

Xatırladaq ki, Azərbaycan milli komandası AVRO 2022-nin qalibi olub.

Almaz Həsənli