PSJ növbəti dəfə Çempionlar liqasının qalibi olub
Budapeştdəki "Puşkaş Arena"da UEFA Çempionlar Liqasının finalı keçirilib. Komandalar əsas vaxtda qalibi müəyyən edə bilməyiblər.
PSJ və "Arsenal" turnirin həlledici mərhələsində üz-üzə gəliblər. Matç əsas vaxtdan sonra 1-1 hesablı heç-heçə ilə başa çatıb. London klubu altıncı dəqiqədə Kay Havertzin sayəsində hesabı açıb. 65-ci dəqiqədə Usman Dembele gürcü futbolçu Xviça Kvaratsxeliyanın qazandığı penalti zərbəsini dəqiq yerinə yetirərək hesabı bərabərləşdirdi. Hər iki tərəfin səylərinə baxmayaraq əsas vaxtda hesab dəyişməyib. Əsas vaxtda əlavə qol olmadığından oyun uzatmaq dəqiqlərinə gedib. PSJ əlavə vaxtda aramsız hücumlarını davam etdirib, "Arsenal" da rəqibinə layiqli cavab verməyə çalışıb. Əlavə vaxtda da qapılara top vurulmadığından qalibi müəyyən etmək üçün penaltilərdən istifadə edilib. Penaltiləri daha dəqiq yerinə yetirən PSJ ardıcıl ikinci dəfə Çempionlar liqasının qalibi olub.
Əziz MUSTAFA











.jpg)












































































