"Formula-1" komandası "Ferrari" Monako Qran-prisi ərəfəsində Lekler ilə müqaviləni uzadıb
"Ferrari" və pilot Şarl Lekler müqaviləni uzadıblar. Oxuməni.az xəbər verir ki, bu barədə "Formula-1" komandasının saytında məlumat verilir.
Monakodan olan 28 yaşlı pilotla yeni razılaşmanın təfərrüatları açıqlanmır. Leklerin əvvəlki müqaviləsi 2029-cu ilin sonuna qədər qüvvədə idi.
"Mən "Ferrari" ilə birlikdə yola davam etməkdən inanılmaz dərəcədə xoşbəxtəm. Mənim üçün "Ferrari" həmişə sadəcə bir komandadan çox daha böyük bir şey olub. Bu, uşaqlıqdan bəri xəyal etdiyim və sevdiyim bir komandadır və bütün bu illər ərzində mənim üçün ikinci bir ailəyə çevrilib.
Birlikdə saysız-hesabsız unudulmaz anlar yaşamış və çətin sınaqlardan keçmişik, lakin bu gün mən bu komandaya hər zamankındən daha çox inanıram və biz birlikdə Maranelloya dünya çempionluğu titulunu qaytarmaq üçün ümumi məqsədimizə nail olmağa davam edəcəyimiz üçün dərin minnətdarlığımı bildirirəm," - Lekler deyib.
Lekler 2019-cu ildən "Ferrari" üçün çıxış edir. 2022-ci ildə o, dünya vitse-çempionu, 2024-cü ildə isə pilotların ümumi hesabında üçüncü yeri tutub.
Xatırladaq ki, "F-1"in növbəti mərhələsi - Monako Qran-prisi 5-7 iyun tarixlərində keçiriləcək.
Almaz Həsənli























































































