Afrikanın ən yaxşı referisi ABŞ-a 2026-cı il Dünya Çemoinatına buraxılmayıb

Afrikanın ən yaxşı referisi ABŞ-a 2026-cı il Dünya Çemoinatına buraxılmayıb

11:06
Bəyəndim (1) Bəyənmədim (0)


Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FİFA) tərəfindən 2026-cı il Dünya Kubokunun 52 hakimindən ibarət siyahıya daxil edilmiş Somali referisi Ömər Artana ABŞ-a giriş qadağan edilib. Oxuməni.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb. Referiyə girişin qadağan edilməsi barədə qərar ötən həftə sonu qəbul edilib.
"FİFA ev sahibi ölkənin immiqrasiya prosedurlarında, o cümlədən viza verilməsi məsələlərində iştirak etmir; hakimiyyət orqanları bizə bildirdi ki, cənab Artanın statusu hazırda yenidən nəzərdən keçiriləcək", - deyə federasiya nümayəndəsi “Reuters”-ə bildirib.
ABŞ Sərhəd və Gömrük Xidməti, referinin adını çəkmədən, Mayami hava limanına Somali vətəndaşının gəldiyini və ona girişin qadağan edildiyini, lakin bu qərarın konkret səbəbini açıqlamadığını bildirib.
Referinin özü isə bildirib ki, mövcud vəziyyətə baxmayaraq, o, pozitiv əhval-ruhiyyəsini qoruyur və hakimlik karyerasının gələcək tapşırıqlarına fokuslanıb. "Futbol ailəsinə dəstək sözləri üçün təşəkkür etmək, həmkarlarıma Dünya Kubokunda uğurlar arzulamaq və gələcək turnirlərdə onlarla yenidən görüşmək ümidi ilə", - deyə Artanın sözlərini “Reuters” sitat gətirir.
2025-ci ildə Afrika Futbol Konfederasiyası (CAF) Ömər Artanı qitənin ən yaxşı hakimi seçib. O, Dünya Çemoinatının final mərhələsinin hakimləri siyahısına daxil edilən ilk Somali referisi olub.
Almaz Həsənli