Cənubi Koreya Çexiyanı məğlub edərək Dünya Çempionatına qələbə ilə başlayıb
Cənubi Koreya və Çexiya milli komandaları cümə axşamı başlayan 2026 FİFA Dünya Çempionatında qarşılaşıblar. Bütün oyunboyu üstünlük koreyalılarıntərəfində olub.
Buna baxmayaraq futbolda tez-tez baş verdiyi kimi çexlər hesabı açdılar. Oyunun 59-cu dəqiqəsində Çexiyanın oyunçusu Krejçinin başla topu Cənubi Koreya komandasıın qapısından keçirərək hesabı açıb. Lakin koreyalılar tez bir zamanda özlərinə gələrək hesabı bərabərləşdirdilər.
Cənubi Koreya 67-ci dəqiqədə "Rubin Kazan"ın keçmiş oyunçusu Hvanq İn-beomun vurduğu qollla hesaba tarazlıq gətirib. Hücumları gücləndirən Cənubi Koreya 80-ci dəqiqədə Oh Hyun-kyun vurduğu qolla hesabda önə çıxıb. Oyun 2:1 hesabı ilə Cənubi Koreyanın xeyrinə başa çatıb.
Beləliklə, ilk oyun günündən sonra Meksika və Koreya A Qrupunda liderliyi qoruyub saxlayırlar. İkinci oyun günündə 2026-cı il Dünya Çempionatının ev sahibləri Cənubi Koreya (19 iyun, Bakı vaxtı ilə vaxtı ilə 4:00), Çexlər isə Cənubi Afrika (18 iyun, 19:00) ilə qarşılaşacaqlar.
Əziz MUSTAFA

























.jpg)
.jpg)
.jpg)

































.jpg)
























