Dünya Çempionatında ABŞ, Braziliya, Mərakeş və Paraqvay qələbə qazanıblar: Türkiyə millisi mundialla vidalaşıb
Amerika Birləşmiş Ştatları milli komandası 2026-cı il Dünya Çempionatının ikinci tur matçında Avstraliyanı məğlub etdi. Oxuməni.az xəbər verir ki, Sietldəki Lumen Field stadionunda keçirilən oyun 2-0 hesabı ilə başa çatdı. Aleks Friman qələbə qolunu vurdu. Avstraliyalı müdafiəçi Kameron Burgess isə öz qapısına qol vuraraq avtoqol sahibi olub. Bu qələbə ilə amerikalılar altı xal qazanaraq qruplarında birinci yeri təmin etdilər.
Braziliya Dünya Çempionatı qrup mərhələsinin ikinci oyununda Haiti komandasını məğlub etdi. Matç 3-0 hesabı ilə başa çatdı. Hesabı 23-cü dəqiqədə Matteus Kunya açıb. 36-cı dəqiqədə Kunya ikinci qolu vurub. Birinci hissənin sonuna az qalmış Vinisius Junior üçüncü topu rəqib komandasının qapısından keçirib.
C qrupunun ikinci turunda Mərakeş Şotlandiyanı məğlub etdi.
Oyun 1-0 hesabı ilə başa çatdı. Mərakeşli İsmael Saibari ikinci dəqiqədə qol vurdu.
İki oyundan sonra C qrupunun turnir cədvəlində Braziliya və Mərakeşin hərəyə dörd, Şotlandiyanın üç, Haitinin isə heç bir xalı yoxdur.
Türkiyə millisi bu turda Paraqvayla qarşılaşıb.
Paraqvay oyuna qolla başlayıb. 64-cü saniyədə Qalarzanın qoluyla amerikalılar Türkiyə qarşısında 1:0 önə keçib.
Gərgin keçən ilk hissənin sonlarında Paraqvay millisi azlıqda qalıb. Migel Almiron meydandan qovulub. İstənilən halda Türkiyənin oyunu xoş təsir bağışlamayıb. Beləliklə Türkiyə millisi Paraqvaya 0-1 hesabı ilə məğlub olaraq mundialla vidalaşıb.
Bu gün və sabah Azərbaycan vaxtı ilə oynanılacaq oyunlar:
20 iyun, 21:00. Niderland – İsveç (F qrupu)
20 iyun, 23:00. Almaniya – Kot-d’İvuar (E qrupu)
21 iyun, 04:00. Ekvador – Kürasao (E qrupu)
21 iyun, 08:00. Tunis – Yaponiya (F qrupu)
21 iyun, 20:00. İspaniya – Səudiyyə Ərəbistanı (H qrupu)
21 iyun, 23:00. Belçika – İran (G qrupu)
Almaz Həsənli





































































.jpg)
.jpg)
.jpg)


















